"İnstagram" "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

Avropa Komissiyası (AK) “Meta” şirkətinə məxsus “Instagram” və “Facebook” platformalarının istifadəçilərin, xüsusilə də uşaq və yeniyetmələrin psixi və fiziki sağlamlığı üçün yaratdığı risklər səbəbindən Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin qənaətə gəlib.

Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye məlumat verib.
 

Onun sözlərinə görə, araşdırma nəticəsində Meta-nın sonsuz lent (infinite scroll), videoların avtomatik oynadılması (autoplay), push bildirişləri və yüksək fərdiləşdirilmiş tövsiyə alqoritmləri kimi funksiyaların yaratdığı riskləri lazımi şəkildə qiymətləndirmədiyi, eləcə də həmin risklərin azaldılması üçün effektiv tədbirlər görmədiyi müəyyən edilib.


"Uşaqlar “Instagram” və “Facebook”da saatlarla vaxt keçirirlər. Buna “Meta”nın autoplay funksiyası, yüksək fərdiləşdirilmiş tövsiyə sistemləri və push bildirişləri səbəb olur.

Məhz buna görə Avropa Komissiyası bu gün “Meta”nın asılılıq yaradan platforma dizaynına görə Rəqəmsal Xidmətlər Aktını pozduğu qənaətinə gəlib", – deyə Renye bildirib.

O qeyd edib ki, Avropa İttifaqında Meta platformalarından təxminən 270 milyon nəfər istifadə edir. 12 yaşına qədər uşaqların demək olar ki, yarısının “Instagram” hesabı olduğu bildirilir. Halbuki bu yaş həddi şirkətin öz qaydalarında nəzərdə tutulan minimum yaşdan aşağıdır.

Komissiya nümayəndəsinin sözlərinə görə, platformalardan həddindən artıq istifadə azyaşlılar arasında narahatlıq, depressiya və yuxu pozuntularının artmasına səbəb olur.
 

Avropa Komissiyasının dərc etdiyi ilkin nəticələrdə bildirilir ki, “Meta” öz alqoritmləri və platforma funksiyalarının istifadəçilərdə kompulsiv davranış formalaşdırmasına təsirini nəzərə almayıb.


Araşdırma zamanı şirkətin azyaşlıların gecə saatlarında “Instagram” və “Facebook”da keçirdiyi vaxt, həmçinin “Reels” və “Stories” formatlarının platformalardan həddindən artıq istifadəyə necə təsir göstərməsi ilə bağlı mövcud məlumatları nəzərə almadığı müəyyən edilib.

Komissiya həmçinin platformalarda istifadə müddətini məhdudlaşdırmağa yönəlmiş mövcud tədbirləri qeyri-kafi hesab edib.

“Meta”nın “Safety Centre” bölməsində yerləşdirilən psixi sağlamlıqla bağlı məlumatların da kifayət qədər effektiv olmadığı vurğulanıb.

AK hesab edir ki, Meta hər iki platformanın arxitekturasında dəyişiklik etməlidir. Mümkün tədbirlər sırasında autoplay və sonsuz lent funksiyalarının standart olaraq deaktiv edilməsi, istifadəçilərə fasilə verməyi xatırladan effektiv bildirişlərin tətbiqi, eləcə də tövsiyə alqoritmlərinin maksimum istifadəçi cəlbinə deyil, təhlükəsiz istifadəyə yönəldilməsi yer alır.

Meta artıq araşdırmanın materialları ilə tanış ola və yazılı etirazlarını təqdim edə bilər.

Əgər Komissiyanın ilkin mövqeyi təsdiqlənərsə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

End of content

No more pages to load

RADİO