"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

Dünyanın ən nüfuzlu xeyriyyəçilərindən olan Melinda Frenç Qeyts milyardlarla sərvətinin olmasına baxmayaraq, öz övladlarının tərbiyəsində ciddi nizam-intizam qaydalarına sadiq qalıb.

Bizim.Media xəbər verir ki, Melinda Qeyts "Inc." jurnalına müsahibəsində övladlarına tez-tez təkrar etdiyi əsas prinsipini açıqlayıb: "Bir şeyi almağa imkanımızın çatması, onu mütləq almalı olduğumuz mənasına gəlmir".

Billi Qeytsin övladları – Cennifer, Rori və Fibi dünyada böyük imtiyazlara sahib olsalar da, valideynləri onların sərvətin "girovuna" çevrilməməsi üçün əllərindən gələni ediblər.

Melinda müsahibəsində böyük qızı Cenniferlə bağlı bir xatirəsini bölüşüb: "O, vitrində bir çanta görüb və onsuz yaşaya bilməyəcəyini dedi. Mənə "axı sən bunu mənə ala bilərsən" dedi. Əlbəttə, ala bilərdim.

Lakin cavab verdim:

"Əgər mən bunu etsəm, bu, məktəbdəki digər qızlara nə deyəcək? Bu səni onlardan uzaqlaşdırmayacaq?"".

Melinda övladlarının dünyagörüşünü genişləndirmək üçün kiçik qızı Fibini yay tətilində Ruandaya, yerli ailələrdən birində yaşamağa göndərib. Həmçinin, uşaqlar erkən yaşlarından sosial işlərə, o cümlədən evsizlərə pulsuz yemək paylanılması kimi xeyriyyə tədbirlərinə cəlb ediliblər.

Qeyts ailəsinin ciddi maliyyə qaydaları:

Məhdudiyyət: Uşaqların cib xərcləri limitli olub. Bahalı əşyaları yalnız ad günü və ya Milad bayramı hədiyyəsi kimi əldə edə biliblər.

Xeyriyyəçilik vərdişi: Uşaqlar cib xərclərinin üçdə birini mütləq xeyriyyəyə ayırmalı idilər. Onlar özləri xeyriyyə fondlarını seçir və ianə edirdilər.

Anonimlik: Melinda uşaqlarını məktəblərə "Qeyts" deyil, öz qızlıq soyadı olan "Frenç" adı ilə yazdırıb. Bu, onlara həmyaşıdları arasında fərqli münasibətdən qaçmağa kömək edib.

Melindanın övladlarına verdiyi ən böyük hədiyyə – 6000 kvadratmetrlik malikanədə yaşasalar belə, hər istədikləri şeyin alınmasının vacib olmadığını onlara aşılaya bilməsi olub.
 

Xatırladaq ki, Melinda 1994-cü ildə "Microsoft" şirkətinin qurucusu Bill Qeyts ilə ailə həyatı qurub. Onlar birlikdə dünyanın ən böyük xeyriyyə fondu olan "Bill və Melinda Qeyts Fondu"nu təsis edərək, qlobal səhiyyə, yoxsulluğun azaldılması və təhsil sahələrində milyardlarla dollar dəyərində layihələr həyata keçiriblər. Melinda bu fondun idarə edilməsində və strateji qərarların verilməsində əsas fiqurlardan biri olub.


27 il davam edən evlilikdən sonra, 2021-ci ilin may ayında cütlük sosial media hesabları vasitəsilə ayrılacaqlarını elan edib. Onlar bəyan ediblər ki, artıq cütlük kimi inkişaf edə bilməyəcəklərinə inanırlar.

2021-ci ilin avqustunda rəsmi olaraq boşanan cütlük, boşanmalarına baxmayaraq, "Bill və Melinda Qeyts Fondu"nda birgə fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdilər (sonradan Melinda fonddan ayrılaraq özünün xeyriyyə təşəbbüslərinə – "Pivotal Ventures"ə fokuslanmaq qərarına gəlib).

Bu gün Melinda Qeyts qadın hüquqları, bərabərlik və sosial sahələrdəki təsirli fəaliyyəti ilə dünya ictimaiyyətinin diqqət mərkəzində qalmağa davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bakının bu qəsəbəsində qaz olmayacaq

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

Krımda benzinin satışı dayandı

Krımda benzinin satışı dayandı

Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”

Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”

Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır?

Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır?

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

8 ayda 20 milyard itirdilər

8 ayda 20 milyard itirdilər

Gədəbəydə kişi evində ölü tapıldı

Gədəbəydə kişi evində ölü tapıldı

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Norveçin yeni kralı parlament qarşısında and içdi

Norveçin yeni kralı parlament qarşısında and içdi

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Babək prospektində avtomobil yandı – VİDEO

Babək prospektində avtomobil yandı – VİDEO

End of content

No more pages to load

RADİO