Xakerlər Böyük Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşlarının elektron poçtlarını sındıraraq, ələ keçirdikləri məlumatları 60 min dollara satışa çıxarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, nazirliyin xaricdə, o cümlədən Tayland və Mavrikidəki səfirliklərində çalışan əməkdaşlarının şəxsi və xidməti məlumatları ifşa olunub.
Bizim.Media