Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

Şotlandiyanın paytaxtı Edinburqda bir ailə evinin çardağında təxminən 100 il toxunulmamış qalan tarixi gümüş kolleksiyası aşkar edilib.

Bizim.Media xəbər verir ki, Londonda fəaliyyət göstərən “Elmwood's” hərrac evinin satışa çıxaracağı kolleksiyaya XVIII əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək hazırlanmış 100-dən çox gümüş əşya daxildir.

Mütəxəssislər kolleksiyanın ümumi dəyərinin 23 min funt-sterlinqə (təxminən 31 min ABŞ dolları) çatacağını proqnozlaşdırırlar.

Əşyalar köhnə qəzetlərə və kətan parçalarına bükülmüş vəziyyətdə taxta sandıqlarda saxlanılıb. Onların nəsillər boyu çardaqda qaldığı və gün işığından uzaq olduğu bildirilir.
 

Kolleksiyada Viktoriya dövrünə aid məşhur gümüş ustası Frensis Duqlas tərəfindən hazırlanmış səyahət təraş fırçası, Çar Rusiyası dövrünün gümüş fincanı, Eduard dövrünə aid zərgərlik qutusu, çay dəstləri, şamdanlar, qablar və digər süfrə əşyaları yer alır.


Bundan başqa, kolleksiyada London ustası Ramsden tərəfindən hazırlanmış XX əsrə aid gümüş durbin və Moskva ustası Nikolay Pavlovun 1882-1898-ci illərdə hazırladığı nadir gümüş fincan da var.

“Elmwood's” hərrac evinin satış meneceri Co Kendrik bildirib ki, bu miqyasda və bu qədər yaxşı qorunmuş kolleksiyaya rast gəlmək olduqca nadir hadisədir.

Onun sözlərinə görə, əşyaların onilliklər boyu çardaqda saxlanılması onların gün işığı və xarici təsirlərdən qorunmasına imkan verib.

Kolleksiyanı aşkar edən ailənin nümayəndəsi isə bildirib ki, xəzinə analarına məxsus ev təmizlənərkən tamamilə təsadüfən tapılıb.

“Qutuları açdıqca sanki ailə tariximizin unudulmuş bir səhifəsini yenidən kəşf edirdik. İndi isə bu qiymətli əşyaların daha geniş auditoriya tərəfindən görüləcək olması bizi sevindirir”, – deyə ailə sözçüsü bildirib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

End of content

No more pages to load

RADİO