NATO-nun keçmiş baş katibi Yens Stoltenberq alyansın gələcəyi ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, o, hərbi blokun əbədi olaraq mövcudluğunu qoruyacağına dair heç bir təminatın olmadığını bildirib.
Stoltenberq NATO üzvü olan dövlətlərin müdafiə xərclərinə daha əvvəl daha çox vəsait ayırmalı olduqlarını vurğulayıb.
O, hazırkı mərhələdə ölkələrin uzunmüddətli müzakirələrdən daha çox "təcili zəruri tədbirlərə diqqət yetirmələrinin" daha məqsədəuyğun olduğunu qeyd edib.
Bizim.Media