Netanyahu gələn bazar ertəsi Vaşinqtona səfər edəcək.
Bizim.Media xəbər verir ki, israilli mənbənin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu bu barədə cümə günü baş tutan telefon danışığı zamanı razılığa gəliblər.
Qeyd edək ki, İsrailin Baş naziri və ABŞ Prezidenti İranla müharibə başlayandan bəri şəxsən görüşməyiblər.
Daha əvvəl məlumat verilmişdi ki, iyunun ortalarında Binyamin Netanyahu İranla danışıqlar və Livanda atəşkəs fonunda yaranan gərginlik səbəbindən ABŞ Prezidenti ilə "təcili" görüşməyə çalışıb, lakin həmin vaxt görüş baş tutmamışdı.
Bizim.Media