Suriya Prezidenti Əhməd əl-Şara aktrisa və sosial media fenomeni Ruzaina Amer əl-Ladhikani Suriyanın 210 üzvdən ibarət keçid parlamentinə üzv təyin edib.
Bizim.Media xəbər verir ki, bu təyinat bəzi mühafizəkar vətəndaşlar arasında narazılığa səbəb olub.
Tənqidçilər onun sosial həyat tərzini, açıq-saçıq geyimlərini və ictimai yerlərdə spirtli içki qəbul etdiyini müzakirə edirlər.
Mühafizəkarlar onun parlamentin spikeri ola biləcəyindən qorxurlar.



Bizim.Media