Tailand mütəxəssisləri hər bir xəstədəki şişin unikal bioloji xüsusiyyətləri nəzərə alınmaqla fərdi şəkildə hazırlanan xərçəng əleyhinə peyvəndin klinik sınaqlarına start veriblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Tailandın nüfuzlu "The Nation" qəzetində dərc olunub.
Bu tibbi layihə xərçəng hüceyrələrinə qarşı orqanizmin fərdi immun cavabını stimullaşdırmaq məqsədi daşıyır.
Fərdiləşdirilmiş peyvənd texnologiyası sayəsində müalicə prosesində effektivliyin maksimum dərəcədə artırılması və sağlam hüceyrələrə ziyanın minimuma endirilməsi hədəflənir.
Tibb dünyası bu sınaqların nəticələrinin onkoloji xəstəliklərlə mübarizədə yeni bir dövrün başlanğıcı ola biləcəyini qeyd edir.
Bizim.Media