NATO-nun Baş katibi Mark Rütte bəyan edib ki, Türkiyədə keçiriləcək növbəti sammitdə alyansın 32 üzvü ilə bərabər daha on ölkə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, Baş katib bu barədə "Fox News" telekanalına müsahibəsində məlumat verib.
"Ankaraya gəldiyimiz zaman bizə daha 10 ölkə qoşulacaq və bu, ABŞ Prezidentinin rəhbərlik etdiyi 42 dövlətdən ibarət böyük bir koalisiyadır. Bu koalisiya birlikdə hərəkət edən dörd dövlətə — Çin, Şimali Koreya, İran və Rusiyaya qarşı dayanır. Həmin dörd ölkə Donald Trampın rəhbərlik etdiyi 42 dövlətin simasında nəhəng bir əks-qüvvə ilə qarşılaşır", - deyə Mark Rütte vurğulayıb.
Qeyd edək ki, NATO-nun növbəti yüksək səviyyəli sammiti cari ilin 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.
Bizim.Media