Planetimizin yox olan gölləri: Dünyanı dəyişdirən doqquz su hövzəsi

Peyk görüntüləri planetimizdə su ehtiyatlarının nə dərəcədə sürətlə tükəndiyini və ekosistemlərin necə dəyişdiyini rəqəmlərdən daha aydın nümayiş etdirir. Quraqlıq, yüksək temperatur, kənd təsərrüfatı və sənayenin artan tələbatı səbəbindən dünyanın bir çox nəhəng göl və çayları yox olmaq təhlükəsi ilə üz-üzədir.

Bizim.Media təqdim olunan peyk şəkilləri əsasında dünyanın ən çox dəyişikliyə məruz qalan 9 su obyektini təqdim edir:

1. Parana çayı — Argentina

Cənubi Amerikanın Amazondan sonra ikinci ən uzun çayı olan Parana Braziliya, Paraqvay və Argentina arasında ticarət mərkəzidir. Çayın Rosario şəhəri yaxınlığındakı 1990 və 2026-cı illərə aid görüntüləri çoxillik quraqlıqdan sonra suyun səviyyəsinin kəskin düşdüyünü, köhnə məcrada böyük qum xətləri və yeni adaların yarandığını göstərir.

2. Poopo gölü — Boliviya

Bir vaxtlar ölkənin ikinci ən böyük gölü olan və 1000 kvadratkilometr ərazini əhatə edən Poopo quraqlıq və temperatur artımı səbəbindən tamamilə quruyaraq şorana çevrilib. Bu proses yerli uru xalqının ənənəvi həyat tərzini və balıqçılığı məhv edib.

3. Nqami gölü — Botsvana

Okavanqo deltasından qidalanan bu göl, güclü quraqlıq dövrlərində demək olar ki, tamamilə yox olur, rütubətli illərdə isə yenidən qismən bərpa olunur.

4. Akuleo laqunu — Çili

Santyaqo yaxınlığında yerləşən və vaxtilə məşhur istirahət məkanı olan bu göl peyk görüntülərinə əsasən (2007 və 2026-cı illərin müqayisəsi) tamamilə quruyub. Bu, Çili tarixində su hövzələrinin yox olmasının ən dramatik nümunələrindən biridir.

5. Urmiya gölü — İran

Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiyanın sahəsi 1990-cı illərdəki 6000 kvadratkilomerdən bu gün cəmi 581 kvadratkilometrə qədər (əvvəlki ölçüsünün 10%-indən az) kiçilib. Buna səbəb quraqlıq, intensiv kənd təsərrüfatı, bəndlərin tikintisi və yeraltı suların həddindən artıq istifadəsidir.

6. Əl-Çibayiş bataqlıqları — İraq

Dəclə və Fərat çaylarından qidalanan və Mesopotamiya bataqlıqlarının bir hissəsi olan bu bənzərsiz ekosistemin sahəsi son onilliklərdə nəzərəçarpacaq dərəcədə azalıb.

7. Ambuvumbe — Madaqaskar

Adanın ən quraq bölgəsində yerləşən bu ərazidə uzunmüddətli quraqlıqlar və qum fırtınaları kənd təsərrüfatı torpaqlarını və su mənbələrini sıradan çıxarıb, nəticədə ciddi humanitar böhran və əhalinin miqrasiyası başlayıb.

8. Faqibin gölü — Mali

Saharadan cənubda yerləşən və Niger çayının daşqınları ilə qidalanan göl, daşqınların azalması və quraqlıq səbəbindən quruyub. Bu isə bölgədə səhralaşmanı sürətləndirib.

9. Mid gölü — ABŞ

Kolorado çayı üzərindəki Huver bəndinin tikintisindən sonra yaranan ABŞ-ın ən böyük su anbarında suyun səviyyəsi son onilliklərdə kəskin şəkildə aşağı düşüb. Su anbarı milyonlarla insanı su ilə təmin etdiyindən bu vəziyyət mütəxəssislərdə ciddi narahatlıq doğurur.

Ekspertlər bildirirlər ki, bəzi su hövzələri düzgün idarəetmə ilə gələcəkdə qismən bərpa oluna bilsə də, əksər yerlərdə baş verən dəyişikliklər artıq geri dönməz xarakter alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

12 yaşlı uşaq kanalda batdı

12 yaşlı uşaq kanalda batdı

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Konqoda yeni meymun növü aşkarlandı

Konqoda yeni meymun növü aşkarlandı

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

End of content

No more pages to load

RADİO