Avropanın "MBDA" raket konserni Ukraynanın "Luç" konstruktor bürosu ilə uzaqmənzilli zərbə sistemləri sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.
Bizim.Media xəbər verir ki, məşhur "Storm Shadow" raketlərinin istehsalçısı olan şirkət bundan sonra Ukraynaya uzaqmənzilli "Neptun-2" qanadlı raketinin hazırlanmasında yaxından köməklik göstərəcək.
Qeyd edək ki, "MBDA" konserni Avropanın uzaqmənzilli raketlərinin istehsalı ilə məşğuldur.
Şirkətin məhsulları arasında Almaniyanın Ukraynaya verməkdən imtina etdiyi "Taurus", eləcə də Fransa və Böyük Britaniyanın Kiyevə tədarük etdiyi "Storm Shadow/SCALP" raketləri yer alır.
Bizim.Media