ABŞ-İsrail münasibətlərini İran müharibəsi korlayır? – Analitik təhlil

Son həftələrdə dünya mediası ABŞ və İsrail arasındakı gərginliyi yaxından izləyir. Hətta bir çoxları bu iki strateji müttəfiqin münasibətlərinin çökdüyünü iddia edir.

Bizim.Media xəbər verir ki, ABŞ-nin nüfuzlu "The Washington Post" (WP) qəzeti dərc etdiyi analitik məqalədə bu gərginliyin pərdəarxası məqamlarını araşdırıb və hazırkı situasiyanın əslində nə dərəcədə kritik olduğunu təhlil edib.

Məqalədən mühüm tezisləri təqdim edirik:

Tramp və Netanyahunun "savaş" ritorikası yeni deyil

Qəzet yazır ki, ABŞ Prezidenti Donald Tramp son vaxtlar İsrail Baş naziri Benyamin Netanyahuya açıq şəkildə təzyiq edir. Tramp İsrailin Livandakı "Hizbullah" hərəkatına qarşı hücumlarının intensivliyini azaltmasını tələb edir ki, bu da İranın əsas şərtlərindən biridir. Hətta ötən həftəsonu Tramp danışıqların yekunlaşmaq üzrə olduğu bir vaxtda İsrailin Beyrutu vurmasını kəskin tənqid edib və gərgin diskussiya zamanı Netanyahuya "dəli" dediyini etiraf edib.

Lakin WP-nin müəllifi xatırladır ki, ABŞ və İsrail liderləri arasında belə gərginliklər tarix boyu dəfələrlə yaşanıb:

1975-ci ildə Prezident Cerald Ford İsrail Baş naziri İshak Rabinə məktub yazaraq İsrailin mövqeyindən "dərin məyusluq" duyduğunu bildirmiş və münasibətlərin təhlükə altında olduğu barədə xəbərdarlıq etmişdi.
 

1982-ci ildə Prezident Ronald Reyqan Beyrutun bombalanmasından sonra Menahem Beginə zəng edərək, İsrail dayanmayacağı təqdirdə "ikitərəfli əlaqələrin korlanacağını" demişdi.


2024-cü ilin aprelində isə Co Bayden İrandan atılan raketlərin dəf edilməsindən sonra Netanyahuya cavab zərbəsi endirməməyi, "bu qələbə ilə kifayətlənməyi" məsləhət görmüşdü.

"Harada dayanmağın, harada oturmağından asılıdır"

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin maraqları bir-birini tamamlasa da, tamamilə eyni deyil. Həm Tramp, həm də Netanyahu İranla müharibədə uğurlu nəticə əldə etmək üçün daxili təzyiqlərlə üz-üzədir:

"Sıravi amerikalı üçün uğur – benzinin qiymətinin düşməsi və İranın nüvə təhdidinin aradan qaldırılmasıdır. Lakin bir İsrail, BƏƏ və ya Küveyt vətəndaşı üçün uğur həm də birbaşa ABŞ-ni yox, onları hədəf alan “Hizbullah” raketlərindən və dronlarından qorunmaq deməkdir".

İsrail: ABŞ-nin "nümunəvi müttəfiqi"

WP vurğulayır ki, mövcud ziddiyyətlərə baxmayaraq, İranla müharibə son onilliklərdə ABŞ ordusunun öz tərəfdaşı ilə demək olar ki, bərabərhüquqlu fəaliyyət göstərdiyi ilk münaqişədir. İsrail ABŞ dəstəyindən asılı olsa da, İrandakı hədəflərə zərbələrin əsas yükünü öz üzərinə götürüb. O, həmçinin 11 sentyabr hadisələrinə qədər ən çox amerikalının ölümünə bais olan "Hizbullah"a qarşı təkbaşına vuruşur.

İsrail Tramp administrasiyasının son Milli Müdafiə Strategiyasında "nümunəvi müttəfiq" statusu alıb. O, ÜDM-i özündən dəfələrlə böyük olan dövlətlərdən fərqli olaraq, ABŞ-nin əvəzinə bölgədə güc nümayiş etdirməyə həm qadir, həm də hazır olan nadir ölkədir.

Tramp hansı iki səhvdən qaçmalıdır?

Məqalənin sonunda müəllif Donald Trampa iki mühüm məqamda ehtiyatlı olmağı tövsiyə edir:

İsrailin fəaliyyətini tam məhdudlaşdırmağa çalışmamalıdır. Diplomatiya arxasında real təhdid durduqda daha effektiv olur və İsrail məhz bu hərbi gücü təmin edir. Məsələn, 2007-ci ildə İsrail Suriyanın nüvə reaktorunu məhv edəndə, Vaşinqtonun ehtiyatlı bürokratiyası buna heç vaxt cürət etməzdi.
 

Müharibənin məsuliyyətini İsrailin üzərinə yıxmamalıdır. Həm sol, həm də sağ cinahdan bəziləri iddia edirlər ki, ABŞ İrana qarşı müharibəyə məhz İsrailə görə daxil olub. Lakin Tramp özü də etiraf edib ki, onun İrana qarşı sərt addımları molla rejiminin öz xalqına qarşı qəddarlığından qaynaqlanır.


Müttəfiqi zəiflətmək Yaxın Şərqdə bütün yükün yenidən ABŞ-nin üzərinə düşməsinə səbəb ola bilər. Məqalə Uinston Çörçillin məşhur kəlamı ilə yekunlaşır: "Müttəfiqlərlə döyüşməkdən daha pis yalnız bir şey var – onlarsız döyüşmək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

End of content

No more pages to load

RADİO