Sülhə doğru tarixi addım, yoxsa növbəti İLLÜZİYA?– ABŞ-İran anlaşmasının PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu ilə bağlı razılıq əldə olunub. İlkin olaraq elektron formatda imzalanan sənədə Donald Tramp, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens və İran Məclisinin sədri Məhəmməd-Baqer Qalibaf imza atıblar.

Razılaşmanın iyunun 19-da Cenevrədə rəsmi imzalanma mərasimi ilə təsdiqi gözlənilir.

Yekun sənədin əsas müddəaları

İki ölkə arasında əldə olunan "İslamabad razılaşması"nın əsas detalları da məlum olub.

Razılaşmanın 13-cü bəndində qeyd olunub ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq. Digər bəndlər dedikdə isə 4, 5, 10 və 11-ci bəndlər nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, razılaşmanın 4 və 5-ci bəndləri Hörmüz boğazının beynəlxalq gəmiçilik və kommersiya daşımaları üçün dərhal və rüsumsuz açılmasını tələb edir. ABŞ İran limanlarına tətbiq etdiyi dəniz mühasirəsini isə tamamilə ləğv etməlidir.

10-cu və 11-ci bəndlər İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına qoyulan sanksiyaların mərhələli şəkildə yumşaldılmasıdır. Eyni zamanda İranın xaricdə dondurulmuş aktivlərinin - ilk mərhələdə 24 milyard dolların azad edilməsidir.

Bu razılaşma nə qədər reallığı əks etdirir və nə qədər uzunömürlü olacaq?

Bu suala cavab vermək indiki halda çətindir. Çünki tərəflərin özləri belə razılaşmanın gələcəyinə şübhə ilə yanaşır. Məsələn, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ-İran razılaşması Vaşinqton tərəfindən Tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur:
 

“Bununla belə, digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. Razılaşmada qeyd olunur ki, onlar ABŞ-dən bir qəpik də almayacaqlar. İranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”.


Qarşı tərəf də boş dayanmır. Rəsmi Tehran razılaşmanı dəstəkləmək əvəzinə bunu daha çox özlərinin təbliğat kampaniyasına çevirmək istəyir. Belə ki, İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran ABŞ-İran memorandumu ətrafındakı mövcud vəziyyətdən qalib olaraq çıxıb”.

Milli konfransda çıxış edən dövlət başçısı əldə olunmuş razılaşmaları İran və regiondakı "müqavimət" qüvvələri üçün "şərəf sənədi" adlandırıb. Ən başlıcası Pezeşkian sənəddə müəyyən fikir ayrılıqlarının olduğunu dilə gətirib. Bu cür şərhlərsə onu deməyə əsas verir ki, razılaşma çox kövrəkdir və hər an pozula bilər.

Bu razılaşmanı poza biləcək digər amillər də var.

Məsələn, razılaşmanın 1-ci və 13-cü bəndlərində qeyd edilir ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılmalıdır.

Lakin rəsmi Təl-Əviv bu məsələdə tam fərqli mövqe sərgiləyir. Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında əldə olunmuş razılaşmalara baxmayaraq, İsrailin mübarizəsinin davam etdiyini bəyan edib. Baş nazir İran və ABŞ-nin birgə addımlarının ölkəyə qarşı "nüvə məhvi" təhlükəsinin qarşısını almağa imkan verdiyini bildirib, lakin qarşıdurmanın hələ bitmədiyini vurğulayıb.

"Bizim mübarizəmiz hələ bitməyib", — deyə Netanyahu qeyd edib. Onun sözlərinə görə, İsrailin əsas məqsədi İranda nüvə silahının peyda olmasına imkan verməməkdir.

"Biz məqsədimizi müəyyən etmişik — İsrail üçün ekzistensial nüvə təhlükəsini aradan qaldırmaq", — deyən Baş nazir İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün lazım olan hər şeyi edəcəyini bildirib.

Həmçinin, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə danışığında bildirib ki, İsrail ordusu Livandakı mövqelərini tərk etməyəcək və “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.
 

Netanyahu Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunacağı təqdirdə belə, İsrailin öz təhlükəsizlik siyasətini dəyişməyəcəyini vurğulayıb. Məlumata əsasən, İsrail hökumətinin başçısı Trampa bildirib ki, ölkəsi İranla bağlı mümkün sazişdə yer alan Livanla əlaqəli müddəaları özü üçün məcburi hesab etmir.


“İsrail Müdafiə Qüvvələri hazırda nəzarətdə saxladığı Livan ərazilərində qalacaq və Hizbullah tərəfindən yarana biləcək təhlükələrin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, – deyə İsrail mediası yazır.

Beləliklə, İsrail rəhbərliyi ABŞ-İran danışıqlarının nəticəsindən asılı olmayaraq Livanın cənubunda hərbi mövcudluğunu qorumaqda israrlı olduğunu nümayiş etdirir.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də bənzər açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını bildirmişdi. Üstəlik, İsrail iyunun 15-də Livanda hərbi əməliyyatlarını davam etdirib. Beləliklə, razılaşmanın 1-ci və 13-cü bəndlərinin artıq pozulmuş hesab etmək olar.

Razılaşmaya Avropa İttifaqı da etiraz edir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib ki, ABŞ və İran arasında hərbi əməliyyatlar tamamilə bitsə belə, Avropa İttifaqı İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmır:

“Tehran əvvəlcə kütləvi qırğın silahlarından imtina etməli və insan haqlarına hörmət etməlidir”.

Döyüşlər dayandırıldıqdan və regionda sülh bərpa edildikdən sonra Aİ-nin ABŞ-nin ardınca İrana qarşı sanksiyaları ləğv etməyə hazır olub-olmadığı ilə bağlı sualı Lyayen belə cavablandırıb:

"İrana qarşı iki sanksiya mexanizmimiz var və bunlar iki məsələyə yönəlib: insan haqlarının pozulması və kütləvi qırğın silahları. Biz bu məsələlərin hər birində İranın davranışında real dəyişiklik əldə etməliyik və yalnız bundan sonra sanksiyalar ləğv edilə bilər".

O həmçinin qeyd edib ki, Avropa İttifaqı sanksiyalara dövlətlərin siyasətini dəyişdirməyə yönəlmiş təsir vasitəsi kimi baxır.

Sülh perspektivləri uzaq görünür...

Bütün bu təzadlı açıqlamalar onu göstərir ki, ABŞ-İran razılaşması Yaxın Şərqdə davamlı sülhün təmin olunmasından daha çox qlobal bazardakı tendensiyalara təsir etmək məqsədi daşıyır.

Nəzərə alaq ki, Yaxın Şərqdəki gərginlik dünya iqtisadiyyatını iflic edir. Rəsmi Vaşinqton da bundan məharətlə faydalanır.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin Britaniyadan bunu tələb etdi

Çin Britaniyadan bunu tələb etdi

İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatdı

İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatdı

Türkiyədə avtomobil dərəyə aşdı - 3 azyaşlı HƏLAK OLDU

Türkiyədə avtomobil dərəyə aşdı - 3 azyaşlı HƏLAK OLDU

Kürasao millisi Ginnesin Rekordlar Kitabına düşdü

Kürasao millisi Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verdi

ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verdi

Meksika millisinin formasını geyinən qanadlı azarkeş DÇ-2026-nın ulduzuna çevrildi - FOTO

Meksika millisinin formasını geyinən qanadlı azarkeş DÇ-2026-nın ulduzuna çevrildi - FOTO

SEPAH İsraili hədələdi: “Onları sərt cavab gözləyir”

SEPAH İsraili hədələdi: “Onları sərt cavab gözləyir”

103 Kanada vətəndaşı Rusiyaya BURAXILMAYACAQ - QADAĞA QOYULDU

103 Kanada vətəndaşı Rusiyaya BURAXILMAYACAQ - QADAĞA QOYULDU

Tanınmış vəkilin qızı qəzada həlak oldu

Tanınmış vəkilin qızı qəzada həlak oldu

DÇ-2026: Fransa - Seneqal oyunu başladı

DÇ-2026: Fransa - Seneqal oyunu başladı

Ordubadın 11 kəndinə qazın verilişi dayandırıldı

Ordubadın 11 kəndinə qazın verilişi dayandırıldı

Ağ Ev şayiələri təkzib etdi: Tramp onları işdən çıxarmaq barədə düşünmür

Ağ Ev şayiələri təkzib etdi: Tramp onları işdən çıxarmaq barədə düşünmür

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü - FOTO

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü - FOTO

Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? - VİDEO

Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? - VİDEO

DÇ-2026: İran millisində çıxış edən azərbaycanlı futbolçular – SİYAHI

DÇ-2026: İran millisində çıxış edən azərbaycanlı futbolçular – SİYAHI

Xocalı qatilinin toxunulmazlığının ləğv edilməsi barədə vəsatətə bu tarixdə baxılacaq

Xocalı qatilinin toxunulmazlığının ləğv edilməsi barədə vəsatətə bu tarixdə baxılacaq

Paşinyan: Azərbaycanla sülh artıq nəticə verir

Paşinyan: Azərbaycanla sülh artıq nəticə verir

Putin-Zelenski görüşü barədə rəsmi açıqlama

Putin-Zelenski görüşü barədə rəsmi açıqlama

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Uğurun yerinə Burak Özçivit gətirilir

Uğurun yerinə Burak Özçivit gətirilir

Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək

Dəhşətli hadisə: Arvadından inciyən kişi içində dörd uşağı olan evi yandırdı - FOTO

Dəhşətli hadisə: Arvadından inciyən kişi içində dörd uşağı olan evi yandırdı - FOTO

“Qarabağ” İspaniyadan müdafiəçi transfer etdi

“Qarabağ” İspaniyadan müdafiəçi transfer etdi

Paşinyan: "Ermənistanın parlament müxalifətinin siyasi fəaliyyətini məhdudlaşdırmaq hüququ var"

Paşinyan: "Ermənistanın parlament müxalifətinin siyasi fəaliyyətini məhdudlaşdırmaq hüququ var"

End of content

No more pages to load

RADİO