Robert De Nirodan Trampın 80 illiyinə sərt "təbrik": "Səsini kəs!"

Ötən bazar günü ABŞ Prezidenti Donald Tramp özünün 80 illik yubileyini qeyd edərkən, Hollivud ulduzu Robert De Niro onun üçün 80-ci illərin kult filmindən sitat gətirərək xüsusi bir "hədiyyə" hazırlayıb.

Bizim.Media xəbər verir ki, Tramp Ağ Evdə UFC döyüşçülərinin əhatəsində yubileyini bayram etdiyi vaxtda, De Niro aktrisa Ceyn Fondanın təşkilatçılığı ilə keçirilən hüquq müdafiəsi tədbirində çıxış edib.

"Yaxşı oğlanlar" (Goodfellas) filminin əfsanəvi ulduzunun Trampa ismarışı olduqca kəskin olub:

"Mən Trampın — elə bu günlərdə dediyi — “Amerikalıların maliyyə vəziyyəti məni qətiyyən maraqlandırmır” bəyanatını eşidəndə, ona yalnız bir cavab vermək istəyirəm: 'Səsini kəs!'".
 

Aktyor bu sözlərlə özünün 1988-ci ildə çəkildiyi "Gecə yarısına qədər çatmalı" (Midnight Run) filmindəki məşhur ifadəsini təkrarlayıb. Trampa qarşı kəskin tənqidləri ilə tanınan De Niro bununla kifayətlənməyərək zalı coşdurub və Nyu-York tamaşaçıları onun ardınca xorla bu ifadəni səsləndiriblər.


De Niro ölkədəki mövcud vəziyyəti tənqid edərək bildirib:

"Bunu demək mənə ağırdır, amma hazırda “mən ölkəmi sevirəm” ifadəsi elə səslənir ki, sanki məişət zorakılığının qurbanı öz qəddar ərinə sevgisini etiraf edir. Mən minlərlə günahsız insanın məhvinə səbəb olan axmaq və qeyri-insani müharibələr başladan bir ölkəni sevə bilmərəm".

Aktyor öz çıxışında ölkə rəhbərliyini tibbi yardımların məhdudlaşdırılmasında, vətəndaşlara qarşı sərt rəftarda ittiham edib: "Mən irqçi, qadın düşməni, ksenofob və tiran tərəfindən idarə olunan, rəhbərliyində Donald Trampın dayandığı bir ölkəni sevə bilmərəm. Mən Amerikamı geri istəyirəm".

Qeyd edək ki, Robert De Niro Trampın ilk prezidentlik dövründən bəri ona qarşı barışmaz mövqeyi ilə seçilir.

Aktyor cari ilin əvvəlində verdiyi açıqlamaların birində siyasətçinin ölkədə yaratdığı "parçalanma" barədə danışarkən göz yaşlarını saxlaya bilməmiş və Trampı açıq şəkildə ABŞ-nin "düşməni" adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

End of content

No more pages to load

RADİO