Ukrayna bu gün gecə saatlarında Moskvaya dronlarla hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva səmasında 60 Ukrayna dronu vurulub.
Lakin teleqram kanallarında paytaxtın bir sıra bölgələrində yanğınlar baş verdiyi ilə bağlı görüntülər yayılıb.
Ukrayna dronunun hücumundan sonra Moskvanın Kapotnya rayonundan yerləşən, paytaxtın ən böyük neft emalı zavodunda da yanğın baş verib.
Həmin kadrları təqdim edirik:
Bizim.Media