“ABŞ-İran razılaşması Vaşinqton tərəfindən Tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.
“Bununla belə, digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. Razılaşmada qeyd olunur ki, onlar ABŞ-dən bir qəpik də almayacaqlar. İranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”, - deyə Vens əlavə edib.
Bizim.Media