“Zərgər” ləqəbli tacir nəvəsi necə SSRİ-nin rəhbəri oldu? – Sovet İttifaqının ən qısamüddətli lideri

Sovet İttifaqına cəmi 15 ay rəhbərlik etmiş Yuri Andropovun SSRİ tarixindəki rolu ilə bağlı mübahisələr bu günə qədər davam edir.

O niyə kimliyini gizlətməyə çalışırdı, macarlar ondan nə istəyirdi?

Bizim.Media ən qısahakimiyyətli sovet liderinin həyat və fəaliyyətinə nəzər salır:

Qeyd edilən 15 aydan öncə Andropov 15 il KQB-yə rəhbərlik edib, partiya fəalı, səfir olub. Lakin onun əsl mənşəyi haqqında məlumatlar hələ də məxfi, qeyri-müəyyən və ziddiyyətli olaraq qalır.

Rəsmi versiyaya görə, Yuri Vladimiroviç Andropov indiki Stavropol diyarının Soluno-Dmitrievskoye kəndində anadan olub.

Atası Vladimir Konstantinoviç Don kazaklarının nəslindən idi, anası Yevgeniya Flekenşteyn tanınmış yəhudi tacirinin övladlıq qızı idi. Onların İttifaq qurulandan öncə Moskvanın mərkəzində böyük zərgərlik mağazası vardı.
 

Buna görə də Andropovu NKVD dövründə istehza ilə "Zərgər" deyə çağırırdılar. 1950-ci ilin yanvarında baş verən "Leninqrad işi" hadisələrində KPSSR Mərkəzi Komitəsinin birinci katibi, Stalinin müttəfiqi Andrey Jdanovun tələbəsi Gennadi Kupriyanov vəzifəsindən uzaqlaşdırıldı, həbs edildi və 25 il əmək düşərgəsi ilə cəzalandırıldı.


Bundan sonra Komitənin plenumunda Yuri Andropov respublikanın digər partiya funksionerləri ilə birlikdə Jdanovun üzünə durdu, halbuki bu adam onun himayədarı idi. Mükafat olaraq 1953-cü ilin may ayında Andropov diplomatik işə keçirildi. Əvvəlcə SSRİ Xarici İşlər Nazirliyinin 4-cü Avropa Departamentinin müdiri, daha sonra Macarıstandakı SSRİ səfirliyinin müşaviri, 1954-cü ildə isə Macarıstandakı SSRİ səfiri vəzifələrində çalışdı.

Andropov, digər sovet diplomatları ilə birlikdə, üsyançılar tərəfindən macar kommunistlərinə qarşı Sovet səfirliyinin divarlarının xaricində baş verən qəddar, məhkəməsiz qisasların şahidi olurdu.

Bu kritik günlərdə macar üsyançılarının Andropovun 14 yaşlı oğlu İqoru qaçırırlar. İqor sonradan xilas edilsə də, yaşadığı stress səbəbindən (bəzi məlumatlara görə, izdihamda üsyançılar onun gözləri qarşısında bir kişini öldürüb) Andropovun həyat yoldaşı Tatyana Filippovna sağalmaz ağır sinir böhranı keçirib.

Yuri Vladimiroviç özü də üsyan yatırıldıqdan sonra, 1956-1957-ci illərin qışında bir neçə həftə xəstəxananın kardiologiya şöbəsində yatıb.

Yuri Andropov 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana sovet hərbi müdaxiləsinin təşəbbüskarlarından biri olub. 1982-ci ilin yanvarında Mixail Suslovun vəfatından sonra Yuri Andropov KQB sədri vəzifəsindən istefa verdi və 1982-ci ilin may ayından noyabr ayına qədər Sov.İKP MK-nın katibi vəzifəsində çalışdı.

12 noyabr 1982-ci ildə Sov.İKP MK-nın plenumunda Andropov Leonid Brejnevin yerinə Sov.İKP MK-nın Baş katibi seçildi. Yuri Vladimiroviç Andropov 9 fevral 1984-cü ildə Moskvada (rəsmi olaraq böyrək çatışmazlığı səbəbindən) 70 yaşında vəfat edib. O, Moskvanın Qırmızı Meydanında, Kreml divarının yaxınlığında dəfn edilib. Bu gün isə bu ziddiyətli şəxsin doğum günüdür.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

End of content

No more pages to load

RADİO