Milyarder və supermodel 1000 illik qadağanı pozdu: Bu məkanda gizli toy

Fransanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan və ölkənin ən məşhur tarixi məkanlarından sayılan Mon-Sen-Mişel (Mont-Saint-Michel) qala-koloniyası özünün 1000 illik tarixi ərzində ilk dəfə şəxsi toy mərasimi üçün qapılarını açıb.

Bizim.Media "Vogue" jurnalına istinadən xəbər verir ki, bu görünməmiş hadisənin qəhrəmanları 37 yaşlı çinli supermodel Min Si (Xi Mengyao) və Makaonun əfsanəvi "qumarxanalar kralı" Stenli Honun oğlu, milyarder, həmçinin "Boston Celtics" basketbol klubunun şərikli sahibi olan 31 yaşlı Mario Ho (He Yujun) olub. Cütlük hələ 2019-cu ildə rəsmi nikaha daxil olsa da, dəbdəbəli dini toy mərasimini müəyyən səbəblərdən 7 il təxirə salmalı olmuşdu.

Qala-adını bütöv bir günlüyə özəlləşdirmək üçün cütlük nəhəng maliyyə resurslarından istifadə edib və Fransa rəsmiləri ilə tam bir il gizli danışıqlar aparıb. İctimaiyyətin narazılığına səbəb olmamaq üçün Fransa Milli Abidələr Mərkəzi rəsmi hesabatlarda bu toyu "səxavətli mesenatın xeyrinə özəlləşdirmə" kimi qeyd edib. Mərasim üçün monastırın qədim daş interyeri çəhrayı, şaftalı və narıncı tonlarda minlərlə canlı çiçəklə, xüsusən də eksklüziv pion gülləri ilə bəzədilib.

Toy şənlikləri zamanı supermodel 5 fərqli eksklüziv geyim dəyişib, onun taxdığı zinət əşyalarının ümumi çəkisi isə 200 karat brilyantı ötüb. Əsas nikah mərasimi üçün gəlin "Ateliers Christian Dior" moda evinin dərzi ustaları tərəfindən 600 saat əl əməyi ilə hazırlanan xüsusi ağ atlas don geyinib. Toy şam yeməyi isə Şanelin (Chanel) tarixi mülklərindən birinə köçürülüb və burada model öz doğum ili olan 1989-cu ilə məxsus vintaq "Chanel" kutyur donundan istifadə edib.

Toy üçün özəl çarter reysləri ilə Fransaya gətirilən qonaqlara hər hansı hədiyyə gətirmək qəti qadağan edilib. Əvəzində bəy və gəlin hər bir qonağa dəyəri 7 000 dollaradək (təxminən 50 000 yuan) qiymətləndirilən eksklüziv lüks qarşılama dəstləri ("welcome pack") hədiyyə edib. Şam yeməyində qonaqlara panasiya üslubunda hazırlanmış yerli fransız lobsterləri və nəhəng vanilli tort təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

End of content

No more pages to load

RADİO