ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişinin imzalanmasını gözlədiyi bir vaxtda Vaşinqtonun qonşuluğunda yerləşən Virciniya ştatına qolf oynamağa yollanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Ağ Evin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Trampın Virciniya ştatında şəxsi qolf kurortu yerləşir. Jurnalistlərin məlumatına görə, ABŞ Prezidentinin korteji günorta saatlarından sonra qolf meydançasına daxil olub.
Bundan əlavə, amerikalı lider iyunun 13-ü axşam saatlarında MAGA ("Amerikanı yenidən möhtəşəm edək") hərəkatının tərəfdarları ilə şam yeməyində iştirak etmək niyyətindədir. Ziyafət Virciniya ştatının Sterlinq şəhərində, prezidentin qolf meydançasının yaxınlığında baş tutacaq.
Bizim.Media