İqlimi dəyişdirən gizli texnologiyalar...

Qədim dövrlərdən insanlar havaya təsir göstərməyə çalışıb, yağış çağırmaq üçün müxtəlif ayinlər və dualardan istifadə ediblər. Son bir neçə ayda Bakıda güclü yağışlar artıb və küçələrin, həyətlərin və tunellərin su altında qalması Azərbaycan paytaxtında adi bir mənzərəyə çevrilib. Bakını suya təslim edənlər: Yağış yudu, gün qurutdu?

Bəzi yerli mütəxəssislər bunu güclü yağıntıların tezliyinin artmasına səbəb qlobal istiləşmə, Arktikada buzlaqların sürətlə əriməsi və cənuba doğru hərəkət edən siklonların rütubətin artırması ilə izah edir. Hətta Bakıda bu təhlükəli meteoroloji hadisələrin yaxın 4 ildə davam edəcəyi gözlənildiyi proqnozlaşdırılır. Daha bir versiya isə süni yağışlarla bağlıdır.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, bu sahədə real elmi dönüş nöqtəsi 1946-cı ildə baş verdi. Məhz həmin il alimlər ilk dəfə süni şəkildə yağıntı yaratmağın mümkün olduğunu kəşf etdilər. O vaxtdan bəri texnologiyalar sürətlə inkişaf edib və bu gün atmosfer proseslərinə təsir imkanları daha da genişlənib.
 

İkinci Dünya müharibəsindən sonra ABŞ-da hava şəraitinə nəzarət üzrə genişmiqyaslı tədqiqatlara start verildi. Bu işlərin bir hissəsi potensial “iqlim silahı” yaratmaq məqsədi daşıyırdı. 1946-cı ildə aparılan təcrübələr zamanı müəyyən olundu ki, soyudulmuş buludlara quru buz hissəcikləri səpildikdə buz kristalları yaranır və nəticədə yağıntı düşür. Bu kəşf “Project Cirrus” adlı layihənin əsasını qoydu. Həmin il noyabrın 13-də təyyarədən buludlara quru buz səpildi və nəticədə süni qar yağışı müşahidə olundu.


Texnologiyanın ən məşhur hərbi tətbiqi isə Vyetnam müharibəsi dövründə həyata keçirilən “Popay əməliyyatı” oldu. 1967–1972-ci illərdə ABŞ qüvvələri “Ho Şi Min yolu” üzərində buludları “toxumlayaraq” yağışları gücləndirməyə çalışırdı. Məqsəd yolları yararsız hala salmaq və düşmənin təchizatını zəiflətmək idi.

“Bu gün süni yağıntı yaratmaq üçün əsasən üç metoddan istifadə olunur. Birinci üsul buludların soyudulmasıdır – maye azot və ya quru buz vasitəsilə su damcıları sürətlə buz kristallarına çevrilir. İkinci üsul – gümüş yodiddən istifadədir. Bu maddə təbii buz kristallarının formalaşmasını imitasiya edərək yağıntını sürətləndirir. Üçüncü üsul isə higroskopik maddələrin səpilməsidir – kalsium və ya natrium xlorid kimi duzlar su damcılarını birləşdirərək onların böyüməsinə və yerə düşməsinə səbəb olur” deyə, bildirilir.

Bu metodların effektivliyi isə buludların növündən asılıdır. Bəzi hallarda yağıntının həcmini 15–25%, hətta quraq ərazilərdə 30%-ə qədər artırmaq mümkündür. Süni yağış texnologiyası bu gün dünyanın bir çox ölkəsində istifadə olunur. ABŞ-da quraqlıqla mübarizə üçün geniş tətbiq edilir. Çin “Səma çayı” adlı layihə ilə cənub bölgələrindən şimala su buxarının daşınmasını planlaşdırır.

Səudiyyə Ərəbistanı bu məqsədlə xüsusi təyyarələr alıb və proqramı aktiv şəkildə həyata keçirir. Qazaxıstan isə Mərkəzi Asiyada bu texnologiyanı tətbiq edən ilk ölkələrdən biridir. Bundan əlavə, texnologiya böyük tədbirlər zamanı havanı “təmizləmək”, həmçinin meşə yanğınlarının söndürülməsi üçün istifadə olunur.
 

Son illərdə daha innovativ üsullar da sınaqdan keçirilir. Birləşmiş Ərəb Əmirlikləri dronlar vasitəsilə buludlarda elektrik yükləri yaradaraq damcıların birləşməsini sürətləndirir. Digər yanaşma – yerüstü ion generatorları ilə atmosferə təsir etməkdir. Alimlər hətta bakteriyalardan da istifadə imkanlarını araşdırırlar. Bəzi mikroorqanizmlər su molekullarını buz kristalı formasında düzərək yağıntı prosesini sürətləndirə bilir.


Bütün üstünlüklərinə baxmayaraq, bu texnologiyanın ciddi riskləri də mövcuddur. Əsas problemlərdən biri ekoloji təhlükələrdir. Məsələn, geniş istifadə olunan gümüş yodid zəhərli maddə sayılır və uzunmüddətli istifadədə torpaq və suda yığıla bilər. Digər problem gözlənilməz nəticələrdir. Bəzi hallarda süni müdaxilə həddindən artıq güclü yağıntılara səbəb olur.

Bundan əlavə, “yağışın oğurlanması” kimi mübahisəli məsələ də var – bir bölgədə aparılan intensiv müdaxilə digər ərazilərdə yağıntının azalmasına gətirib çıxara bilər. Süni yağıntı texnologiyaları artıq reallıqdır və bir çox ölkələr tərəfindən aktiv istifadə olunur. Lakin bu sahə hələ də tam nəzarət altına alınmayıb. Ekoloji risklər, texniki məhdudiyyətlər və geosiyasi təsirlər səbəbindən bu texnologiyanın gələcəyi həm böyük imkanlar, həm də ciddi suallar vəd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

End of content

No more pages to load

RADİO