İsrail hərbi hava qüvvələrinin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində həlak olanların ümumi sayı ən azı dörd nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.
Həyatını itirənlər arasında Cəzzin rayonundakı Reyhan şəhər meri, həmçinin daha əvvəl Sur dairəsinin Məarake bölgəsində zərbəyə məruz qalan bir nəfər var.
Daha sonra Nəbatiyə dairəsinin Dəyr əl-Zəhrani yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində daha iki nəfər qətlə yetirilib. Verilən məlumatlara görə, hücum zamanı bir yaşayış binası tamamilə dağılıb.
Yaralıların sayı və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Bizim.Media