Oman sahillərindən təxminən şərqdə yerləşən bir tankerin naməlum mərmi ilə vurulduğu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident Hörmüz boğazına yaxın ərazidə baş verib. Hazırda zərərin miqyası, ekipaj üzvlərinin vəziyyəti və mümkün itkilərlə bağlı rəsmi məlumat verilməyib.
Hadisənin kim tərəfindən törədildiyi və istifadə olunan mərminin növü hələlik məlum deyil. Məsələ ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media