Makron dövrü: Fransanın qlobal etimad problemi

Fransa bir ölkə olaraq tarixən digər ölkələri istismar etməklə ayaqda qalıb və bunu Fransa liderləri zaman-zaman dilə gətiriblər.Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak bildirirdi ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi:

“Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”.

Daha bir sabiq prezident Fransua Mitteransa belə proqnoz vermişdi:

“XXI əsrdə Afrika itirilsə, Fransanın tarixi olmayacaq”.

Sələflərinin bədnam siyasətini yerinə yetirmək istəyən hazırkı prezident Emmanuel Makron siyasi səriştəsizlik ucbatından hər şeyi əlinə, üzünə bulaşdırıb. O, Fransanın imperailist siyasətini maskalamaq əvəzinə naşı siyasəti ilə reallıqları üzə çıxarır. Bu gün Makronun xarici siyasəti Fransanın ənənəvi imperiya maraqlarını açıq şəkildə ortaya qoyur.

Makronun adı neokolonializm anlayışı ilə yanaşı çəkilir.

Makronun siyasi ritorikasında demokratiya, insan hüquqları və beynəlxalq hüquq tez-tez səslənsə də, praktik siyasətdə fərqli mənzərə ortaya çıxır. O, özünü qlobal ədalətin müdafiəçisi kimi təqdim etsə də, Fransanın maraqları təhlükə altına düşdükdə bu prinsiplər arxa plana keçir. Bu isə Makronun siyasətinin səmimiliyi barədə ciddi şübhələr yaradır.
 

Məsələn o, dəfələrlə Fransanın Afrika ilə münasibətlərində yeni səhifə açıldığını bəyan etsə də, Paris həmin regionda hərbi, siyasi və iqtisadi təsir imkanlarını saxlamağa çalışıb. Nəticədə bir çox Afrika ölkələrində Fransa əleyhinə əhval-ruhiyyə güclənib, insanlar Makronu keçmiş müstəmləkə siyasətinin davamçısı kimi görməyə başlayıblar.


Makronun siyasi davranışında diqqət çəkən başqa bir məqam ikili standartlardır. O, bəzi ölkələrə münasibətdə suverenlik və ərazi bütövlüyündən danışır, digər hallarda isə eyni prinsiplərə fərqli yanaşır. Belə selektiv mövqe Fransa prezidentinin beynəlxalq hüququ universal dəyər kimi deyil, siyasi alət kimi qəbul etdiyi barədə fikirləri gücləndirir.

Makron XXI əsrdə Fransa gücünü bərpa etmək istəyən lider kimi görünməyə çalışır. Lakin bu məqsədə çatmaq üçün seçdiyi üsullar tez-tez neokolonializm ittihamlarına səbəb olur. Dünyanın getdikcə daha çox çoxtərəfli və bərabərhüquqlu münasibətlərə üstünlük verdiyi bir dövrdə köhnə imperiya düşüncəsinin yeni formada təqdim edilməsi nə Fransaya nüfuz qazandırır, nə də Makrona arzuladığı qlobal liderlik statusunu təmin edir.

Makronun bədnam Cənubi Qafqaz siyasəti

Fransanın Cənubi Qafqaz siyasəti bütün zamanlarda ən çox müzakirə olunan beynəlxalq mövzulardan birinə çevrilib. Fransa uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycan və Ermənistan arasında neytral vasitəçi rolunda çıxış etməyə çalışsa da, Makronun hakimiyyəti dövründə Parisin bu statusuna ciddi şübhələr yaranıb.

44 günlük müharibənin ilk günlərindən etibarən Makron Azərbaycana qarşı ittiham xarakterli açıqlamalar verdi və Türkiyəni münaqişədə iştirakçı tərəf kimi göstərməyə çalışdı.

Müharibə bitdikdən sonra Makron ATƏT-in Minsk qrupunu yenidən diriltmək üçün çox cəhdlər etdi. Bu variant alınmayanda o, Ermənistanı yeni müharibəyə təşviq etməyə çalışdı. Bununla paralel Fransanı Cənubi Qafqaza yeritməyə çalışdı. Bunun üçün fransız hərbçiləri Ermənistan ərazisinə göndərdi. Üstəlik Avropa İttifaqının müşahidə dəstəsinin Ermənistan tərəfdən təmas nöqtələrində yerləşdirilməsinə çalışdı.

Makronun ən böyük narahatlığı Türkiyənin bölgədə artan nüfuzu  və Azərbaycanın qətiyyəti idi.

Nəzərə alaq ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı.

Azərbaycan regional güc kimi Cənubi Qafqazda əsas söz sahibi oldu və Azərbaycanın Türkiyə ilə birgə regionda həyata keçirdiyi qlobal layihələr Makronun yuxularını ərşə çıxardı. Çünki Türkiyə-Azərbaycan birliyinin regional inkişafa və bərabərhüquqlu tərəfdaşlığa söykənən siyasəti Qərbin və digər güclərin imperialist maraqlarına qətiyyən uyğun gəlmirdi.

Təbii ki, hadisələrin inkişafı Fransanı nəinki oyundankənar vəziyyətdə saxlayırdı, həm də faransızları ermənilərin “böyük bacı” rolundan uzaqlaşdırırdı.

Ona görə də Makron Azərbaycanı küncə sıxışdırmaq üçün əvvəlcə Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələr qəbul edildi. Lakin bu variant da işə keçməyəndə Makron son varianta əl atdı. Azərbaycanla münsaibəti sahmana salıb sülh danışıqları prosesində vasitəçi olmağa çalışdı.

Amma Azərbaycan Prezidenti İlham Əliyevə 2023-cü ilin sentyabrında bəyan etdi ki, sülh danışıqları vasitəçilərin iştirakı ilə davam edə bilməz. Beləliklə həm Fransa, həm də digər ölkələr oyundankənar qaldı.

Yalnız 2025-ci ilin 8 avqustunda Vaşinqtonda tərəflər bir araya gəldi və böyük sülh üçün Azərbaycan və Ermənistan birbaşa təmaslara başladı.

Bu gün Cənubi Qafqazda sülh prosesinin əsas platformaları daha çox Avropa İttifaqı, ABŞ və regional aktorlar arasında formalaşır. Fransa isə Makronun dövründə tərəfsizlik imicini əhəmiyyətli dərəcədə zəiflədərək öz vasitəçilik imkanlarını məhdudlaşdırıb.

Nəticə etibarilə, Emmanuel Makronun Cənubi Qafqaz siyasəti Fransanın regiondakı ənənəvi diplomatik mövqeyini gücləndirmək əvəzinə, onun obyektiv vasitəçi statusuna zərbə vurub. Artıq Fransa regionda etimad yaradan vasitəçidən daha çox müəyyən tərəfin maraqlarına yaxın olan siyasi aktor kimi qəbul edilir.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

End of content

No more pages to load

RADİO