Antalya Hava Limanında “Boeing 777” tipli sərnişin təyyarəsi parklama zamanı səhv istiqamətə daxil olaraq radar dirəyinə çırpılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 267 sərnişin təxliyə edilib, bir sərnişin yüngül xəsarət alıb.
Təyyarə və radar dirəyinə maddi ziyan dəyib.
Türk Hava Yollarının (THY) mətbuat katibi Yəhya Üstün bildirib ki, insidentlə bağlı texniki araşdırma başlanılıb və hadisənin səbəbləri araşdırılır.
Bizim.Media