Ankara ABŞ və İranı gərginliyi artırmaqdan çəkinməyə və yenidən danışıqlar masasına əyləşməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə axşamı Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Hakan Fidan tərəflərə qarşılıqlı hərbi zərbələri tez bir zamanda dayandırmağı məsləhət görüb:
"Biz tərəflərə zərbə mübadiləsini mümkün qədər tez dayandırmağı, danışıqlara qayıtmağı və bağlanmasına çox yaxın olduqları saziş mətninin üzərindəki işi tamamlamaqlarını tövsiyə edirik".
Nazir qeyd edib ki, son günlər tərəflər arasında aparılan müzakirələr əslində elə bir mərhələyə çatmışdı ki, mətnin bəzi hissələrində tənzimlənməli cəmi bir neçə bənd qalmışdı:
"Lakin biz görürük ki, başlayan qarşılıqlı zərbələr eskalasiya riski daşıyır. Və bu, bizi həqiqətən narahat edir".
Türkiyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, regional sabitliyin qorunması mütləqdir:
"Hərbi əməliyyatların eskalasiyası və gərginliyin artması heç kimə xeyir gətirməyəcək".
Bizim.Media