Rusiya Federasiyasının Ermənistandakı səfirliyi Gümrü şəhərindəki memorial kompleksin təhqir edilməsi hadisəsinə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, diplomatik nümayəndəlik bu qəddar aksiyanın sıravi bir "xuliqanlıq" kimi qiymətləndirilə bilməyəcəyini, bunun həm də Böyük Qələbəyə qarşı təhqir cəhdi olduğunu vurğulayıb.
Səfirliyin bəyanatında rəsmi İrəvandan qəti addımlar gözlənildiyi ifadə olunub:
"Ermənistanın rəsmi hakimiyyət orqanları tərəfindən baş verənlərə aydın qiymət veriləcəyini, habelə təqsirkarların məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu cür təxribatların qarşısının alınması üçün hərtərəfli tədbirlərin görüləcəyini gözləyirik".
Bizim.Media