ABŞ-ın müharibə naziri Pit Heqset Vaşinqtonun Kuba Prezidenti Miguel Díaz-Canel ilə bağlı mümkün addımları istisna etmədiyini bildirib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, jurnalistlər Pentaqon rəhbərindən ABŞ-ın Kuba liderinin oğurlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyini soruşublar.
“Bütün variantlar masadadır”, – deyə Heqset cavab verib.
O qeyd edib ki, mümkün addımlarla bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
Xatırladaq ki, bu il yanvarın 3-də Amerika hərbçiləri Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşını xüsusi əməliyyatla ölkədən qaçıraraq, ABŞ-a aparmışdılar.
Bizim.Media