Bu gün Türkiyənin İrandakı yeni səfiri vəzifəsinə Əhməd Aydın Doğanın təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Aftab News” yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bir sıra səfir və daimi nümayəndələrin yeni təyinatlarını açıqlayıb.
Qərara əsasən, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr və Protokol şöbəsinin müdiri, səfir Əhməd Aydın Doğan ölkənin Tehrandakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
Bundan əvvəl Türkiyənin İrandakı səfiri vəzifəsini fars dili və ədəbiyyatı üzrə mütəxəssis kimi tanınan Hicabi Kırlanqıç yerinə yetirirdi.
Bizim.Media