Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı 21-ci sanksiya paketinə 170 fiziki şəxs və təşkilatı, o cümlədən 90 Rusiya bankını daxil etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin iddiasına görə, bu addımla sanksiya tətbiq edilən Rusiya banklarının sayı, ölkədə beynəlxalq tranzaksiyaları (pul köçürmələrini) həyata keçirən bütün Rusiya maliyyə təşkilatlarının ümumi sayının yarısına çatacaq.
Bizim.Media