Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı oliqarx Roman Abramoviçlə görüşü zamanı rəsmi Kiyevin Donbas regionundan heç bir halda imtina etməyəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, prezident bu barədə Böyük Britaniyanın məşhur "The Guardian" qəzetinə verdiyi müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, o, Abramoviçlə söhbəti zamanı Moskvanın tələblərinin əksinə olaraq, Ukraynanın Donbasdan imtina etməyəcəyini qəti şəkildə vurğulayıb.
Cəbhədəki cari vəziyyəti də şərh edən Ukrayna lideri Rusiyanın mövqelərinin zəiflədiyini qeyd edib:
"Biz Rusiyanın bu müharibədə məğlub olduğunu deyə bilmərik. Lakin onu deyə bilərik ki, onlar hər ötən gün, günbəgün təşəbbüsü əldən verirlər", — deyə Zelenski vurğulayıb.
Bizim.Media