Gəncədə 37 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Fariz İbrahimov bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Zərərçəkən dərhal əməliyyat olunub.
Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən və kim tərəfindən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media