Rusiyanın Tümen şəhərində yerləşən Antipinski Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə artıq yanmaqda olan müəssisəyə daha bir PUA-nın zərbə endirdiyi iddia olunur.
Məlumata görə, hadisə Ukrayna sərhədindən təxminən 2 min kilometr uzaqlıqda baş verib.
Hadisə nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Bizim.Media