Ermənistanın 17 yaşadək yeniyetmələrdən ibarət sərbəst güləş üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda Azərbaycanın paytaxtında keçiriləcək U-17 dünya çempionatında mübarizə aparacaq.
Qeyd edək ki, yarışda dünyanın müxtəlif ölkələrindən gələn gənc güləşçilər çempionluq uğrunda qüvvələrini sınayacaqlar.

Bizim.Media