İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın Yaxın Şərqdə həyata keçirdiyi siyasət qonşu ölkələrə qarşı düşmənçilikdən qaynaqlanmır.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, İranın fəaliyyəti yalnız ABŞ-a qarşı yönəlib.
Əraqçi qeyd edib ki, ABŞ-la münaqişə başa çatdıqdan sonra İran qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətləri bərpa etmək niyyətindədir.
Nazir vurğulayıb ki, Tehran region ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın inkişafına önəm verir.
Bizim.Media