Azərbaycanlı Peyğəmbərə qarşı qəsdin önünü necə aldı?

“Zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşayıblar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan alıb. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngəzur bölgəsində yaşayıblar”.

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi alim, professor Zaur Əliyevin araşdırmasında qeyd olunub.

Tarixçi Zəngilərin tanınmış nümayəndəsi Nurəddin Zəngi ilə bağlı tarixi faktları açıqlayıb:

“Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Bu ərazilərdən Mosul şəhərinə köçən zəngilər burada da məskunlaşıblar və sonradan Dəməşq şəhərinin əmiri olacaq Nurəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olur.

Əfşar türkü olan Nurəddin Zəngi I İmadəddin Zənginin oğludur. Sonradan dünya tarixində imza qoyacaq Səlahəddin Əyyubini 17 yaşında öz sarayına dəvət edib onu hərbçi və siyasətçi kimi yetişdirən məhz Nurəddin Zəngi olub.

Nurəddin Zənginin sayəsində Əl-Əqsa məscidi səlibçilərdən geri alınır və məscid yenidən təmir edilir. Qüdsü daima qorumağı və onu səlibçilərə verməməyi vəsiyyət edən, islam tarixində ilk dəfə olaraq müsəlmanları bir araya gətirib səlibçilərə qarşı müdafiə olunmağın bünövrəsini məhz Nurəddin Zəngi qoymuşdur.

İbn Əl-Əsir yazır ki, islam tarixində ən ədalətli hökmran əfşar türkü olan Nurəddin Zəngi idi.

Çox az tarixçi bilir ki, məhz Peyğəmbərin (s) nəşinin oğurlanmasının qarşısını da o alıb.
Hafiz İbn Kəsir “Əl-Bidayə vəən-Nihayə”, İbn Cübeyr “Rihlə”, Əbu Şamə əl-Maqdisi “Kitabər-Rövdateyn” və İmam Səmhudi “Vəfaül-Vəfa bi əxbari daril-Mustafa” adlı əsərlərində bu barədə yazıblar.

1162-ci ildə Nurəddin Zəngi qəribə bir yuxu görür: yuxuda Peyğəmbər Məhəmməd (s) ona görünərək, iki sarışın adama tərəf işarə edir və deyir: “Məni xilas et! Məni onlardan xilas et”.

Yuxudan sonra səfərə hazırlaşıb Mədinəyə gəldikdə, vəzir şəhər sakinlərini Peyğəmbər (s) məscidinə toplayır və onlara deyir: “Sultan Peyğəmbərin (s) qəbrini ziyarət etməyə gəlib və özü ilə çoxlu miqdarda pul gətirib. Sakinlərinizin dəqiq sayını yazın”.

Mədinəyə daxil olan kimi şəhərin qapılarını bağlatdırır ki, heç kim qaçıb gizlənə bilməsin.

Mədinə sakinlərinin siyahısı hazır olan kimi onların hamısı növbə ilə sultanın hüzuruna gəlir və ondan sədəqə alır. Sultan hər kəsin üzünə diqqətlə baxırdı, lakin gələnlərdən heç biri onun yuxusundakı insanların təsvirinə uyğun gəlmirdi. Lakin sonradan Mədinədə olan iki nəfər qonaq da gəlir və Zəngi onları Mədinəyə gəlişlərinin məqsədi barədə sorğu-sual etməyə başlayır.

Mənbələr yazır ki, bu iki şəxs Mədinəyə gəldikdən sonra Peyğəmbər (s.) məscidinə çox yaxın, Peyğəmbərimizin qəbrinin olduğu otağın tam qonşuluğunda bir ev kirayələyirlər.

Sultan Nurəddin şəxsən onların evini nəzərdən keçirir və döşəməni qaldırarkən birbaşa Peyğəmbərin (s) nəşinin dəfn olunduğu otağına aparan yeraltı tunellə qarşılaşır.

Cinayətkarlar hadisə yerində yaxalanırlar və səmimi etiraf edirlər ki, onlar zəvvar qismində Peyğəmbərin (s) cəsədini oğurlamaq üçün Mədinəyə göndərilmiş xristianlardır. Onlar bildirirlər ki, bu iş üçün onlara böyük məbləğdə vəsait ayrılıb. Hər birinin dəri torbası var idi, qazdıqları qumu ora doldurub, Baqi qəbiristanlığında qəbirlərin arasına tökürdülər – izlərini belə gizlədirdilər.

Cinayətkarlar edam edilir, Peyğəmbərin (s) məzarının ətrafında isə xəndək qazılaraq, içi əridilmiş qurğuşunla doldurulur. Bu dairəvi qurğuşun divar gələcəkdə edilə biləcək bu cür cəhdlərin qarşısını almaq üçün bir sipər rolunu oynayır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

End of content

No more pages to load

RADİO