Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri və ərazidəki müdafiə bölmələri Derqaç və Peçenaqda rus qoşunlarına qarşı döyüşür.
Bizim.Media UNİAN xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov Telegram-da məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarına aktiv şəkildə cavab verir. Biz döyüşçülərimizlə fəxr edirik! Bu gecə fəal döyüşlər getdi və rus qoşunlarının Derqaça və Peçenaqa hücumu davam edir”, - Sinequbov bildirib.
“Rəsmi məlumatlara görə, son gecədə 7 hərbçi xəstəxanaya yerləşdirilib”, o vurğulayıb.
Bizim.Media