Baş nazir Benyamin Netanyahu İsrailin İrana zərbələr endirməyi müvəqqəti dayandırdığını bəyan edib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, tərəflərin qarşılıqlı raket hücumlarından sonra etdiyi ilk açıq müraciətində o, atəşkəs faktını birbaşa etiraf etməkdən çəkinib.
"Hazırda atəş dayandırılıb, çünki biz Tehrandakı terrorçu rejimə zərbə endirdikdən sonra onlar bizə hücum etməyi dayandırdılar. Əgər İrandakı terrorçu rejim səhvə yol verib bizə yenidən hücum edərsə, biz güclə cavab verəcəyik", - Netanyahunun bazar ertəsi yayılan bəyanatında deyilir.
İsrail Baş nazirinin sözlərinə görə, Tehran Livandakı münaqişəni İranın özünün cavabı ilə əlaqələndirərək "yeni tənlik" qəbul etdirməyə çalışıb.
"Onlar elə düşünürdülər ki, həm Livan, həm də İran ərazisindən İsraili atəşə tuta bilərlər və biz bunu cavabsız qoyacağıq. Mənim rəhbərliyim dövründə bu, baş vermədi və baş verməyəcək”, - Netanyahu vurğulayıb.
Bizim.Media