Cümə gecəsi rus ordusu Zaporojye vilayətindəki Primorsk Posad sərhəd bölməsinə raket zərbəsi endirib. Sərhədçilər arasında ölən və yaralananlar var.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Saat 04:25-də düşmən Zaporojye vilayətindəki Primorsk Posad sərhəd bölməsinə raket zərbəsi endirib”, - bəyanatda bildirilir.
Hücum nəticəsində sərhədçilər arasında ölən və yaralananların olduğu qeyd edilir.
Bizim.Media