Avropa Birliyinin (AB) binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen "Twitter" hesabında paylaşım edib.
"Bu qaranlıq saatlarda, bu gecə Ukrayna bayrağının rəngləri AB Komissiyasının baş qərargahında aydın şəkildə parlayır. AB həmişəkindən daha çox Ukrayna və onun xalqının yanındadır”, - deyə Leyen bildirib.
Bizim.Media