ABŞ prezidenti Donald Tramp və Netanyahu arasında demək olar ki, 30 dəqiqə davam edən telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, İsrailin “Ynet” portalının yaydığı məlumata görə, Netanyahu İrana qarşı güclü zərbə endirmək niyyəti barədə Trampa məlumat verib.
Lakin ABŞ prezidenti belə bir əməliyyat keçiriləcəyi təqdirdə amerikalıların burada iştirak etməyəcəyini açıq şəkildə bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.
Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.
Bizim.Media