İqtisadiyyat çökür, Trampın təzyiqləri artır: Xarici biznes Kubanı tərk edir

Beynəlxalq şirkətlər Kubanı kütləvi şəkildə tərk edir ki, bu da "Azadlıq adası"nın onsuz da çökməkdə olan iqtisadiyyatına növbəti ağır zərbə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Kuba Mərkəzi Bankının bəyanatına əsasən, iyunun 6-dan etibarən adada xaricilər üçün "Mastercard" və "Visa" kartları ilə əməliyyatların aparılması dayandırılıb. Paralel olaraq, qlobal otel nəhəngləri "Iberostar" və "Meliá" Kubadakı otelin idarəçiliyindən imtina etdiklərini açıqlayıblar. Kanadanın "Royalton Hotels & Resorts" şirkəti isə turist axınının kəskin azalması səbəbindən adadakı fəaliyyətini tamamilə dayandırıb.
 

Kubanın ən mühüm xarici investorlarından biri sayılan Kanadanın "Sherritt International" dağ-mədən şirkətinin gələcək taleyi də qeyri-müəyyən olaraq qalır. Vaxtilə şirkətin baş direktoru Fidel Kastronun "ən sevimli kapitalisti" adlandırılsa da, müəssisə may ayında Kubadakı fəaliyyətini dondurduğunu elan edib.


WSJ-nin məlumatına görə, ölkədə aviasiya yanacağının çatışmazlığı səbəbindən bir neçə iri aviaşirkətin uçuşları ləğv etməsi adadan kütləvi miqrant axınına da rəvac verib.

Nəşr qeyd edir ki, onilliklər ərzində xarici korporasiyalar ABŞ-ın uzunmüddətli embarqosuna baxmayaraq, adanın turizm və dağ-mədən sektorlarında mövqe qazanmaq üçün Kubada işləməyin risklərinə dözürdülər. Bu şirkətlər Kubanı olduqca vacib olan xarici valyuta və biznes təcrübəsi ilə təmin edirdilər. Lakin indi bir çox investor risklərin qazancdan daha çox olduğu qənaətinə gəlib. Çünki şirkətlər həm Kubanın dərinləşən iqtisadi kollapsı, həm də Havana tərəfə təzyiqləri artırmağa çalışan Tramp administrasiyası ilə üz-üzə qalıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

End of content

No more pages to load

RADİO