Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının bütün komandirlərinə Ukrayna əsgər və zabitlərinə hörmətlə yanaşmağı tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.
"Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri millətçilərdən fərqli olaraq, Ukrayna xalqına and içib və əmrlərə tabe olublar", - deyə nazir bildirib.
Bizim.Media