NATO Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar alyansın şərq hissəsinə əlavə quru, hava və dəniz qüvvələri yerləşdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Brüsseldə fövqəladə iclasının yekunlarına dair yayılan bəyanatında deyilir.
"Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə ciddi təhlükə yaradır və onların geostrateji təsirləri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək” – deyə bəyanatda qeyd olunub.
Bizim.Media