Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkə ərazisindən qaz tədarükünə dair bəyanatları ilə bağlı yalan danışmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus mətbuatı yazıb.
"Haradan və hansı borular çəkiləcək? Öz xalqına niyə yalan danışdığını bilmək istərdik. Bu borular haradan, hansı istiqamətdən gələcək, onlara bu qazı kim verəcək və hansı vəsait hesabına olacaq?", — deyə Belarus lideri Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Bizim.Media