Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?

1960-cı ildən fəaliyyət göstərən və dünyanın ən işlək beynəlxalq hava limanı hesab edilən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə "Express” yazır.
 

Planlara əsasən, bütün aviasiya əməliyyatları tədricən hazırda genişmiqyaslı modernizasiya mərhələsində olan Al Maktum Beynəlxalq Hava Limanına (DWC) köçürüləcək. Layihənin dəyərinin təxminən 38 milyard dollar olduğu bildirilir. Tam həyata keçirildikdən sonra DWC dünyanın ən böyük aviasiya mərkəzinə çevrilməlidir.


Köçürülmə DXB-nin xidmət göstərdiyi bütün reysləri, o cümlədən "Emirates” və "flydubai” aviaşirkətlərinin uçuşlarını əhatə edəcək.

Modernizasiya başa çatdıqdan sonra Dubai World Central ərazisində yerləşən yeni hava limanı ildə 260 milyon sərnişinə qədər xidmət göstərə biləcək ki, bu da qlobal rekord sayılır.

Bu layihə BƏƏ-nin qlobal aviasiya və logistika sahəsində liderliyini gücləndirməyə yönəlmiş strateji planın bir hissəsidir.

Al Maktum Beynəlxalq Hava Limanının genişləndirilməsi çərçivəsində beş paralel uçuş-enmə zolağı və təxminən 400 təyyarə çıxışı tikilməsi nəzərdə tutulur.

"Dubai Aviation Engineering Projects" (DAEP) şirkətinin məlumatına görə, yeni hava limanı "ağıllı hava limanı sistemləri və sərnişin yönümlü xidmətlərin yeni erası” olacaq və beynəlxalq səyahətləri daha rahat edəcək.

"Dubai Airports”un baş direktoru Pol Qriffits bildirib ki, eyni ərazidə iki iri hava mərkəzinin paralel fəaliyyəti iqtisadi baxımdan məqsədəuyğun deyil:

"Biz bütün xidmətləri DWC-yə köçürəcəyik. DXB-nin mövcud infrastrukturu artıq istismar müddətinin sonuna yaxınlaşır, buna görə onu açıq saxlamaq böyük investisiyalar olmadan iqtisadi cəhətdən sərfəli deyil”.

DXB-nin bağlanmasının səbəblərindən biri də onun yerləşməsidir — hava limanı şəhər infrastrukturu və magistral yollar arasında sıxışıb qaldığı üçün genişləndirilə bilmir.

Gözlənilir ki, əsas köçürülmə prosesi 2032-ci ildən başlayacaq və layihənin tam tamamlanması 2057-ci ilə qədər davam edəcək.

Yeni hava limanının həmçinin "Etihad Rail” yüksək sürətli dəmir yolu ilə inteqrasiya olunması planlaşdırılır. Bu, Dubay və Əbu-Dabi arasında səyahət müddətini təxminən 30 dəqiqəyə endirəcək. (qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO