Son 10 ilin ən yaxşı 5 serialı

Rəqəmsal platformaların yüksəlişi ilə birlikdə televiziya dünyası son 10 ildə sözün əsl mənasında qızıl dövrünü yaşayıb.

Bizim.Media xəbər verir ki, tənqidçilərin yüksək qiymətləndirdiyi və tamaşaçıların yaddaşında iz qoyan son 10 ilin ən yaxşı serialları açıqlanıb.

Siyahıda ilk yerlərdən birini "Severance" tutur. "Severance" iş və şəxsi həyat xatirələrinin bir-birindən ayrıldığı distopik dünyadan bəhs edir. Şirkət əməkdaşlarının ofisdən kənarda kim olduqlarını xatırlamaması üzərində qurulan hekayə sirr və gərginliyi ustalıqla birləşdirir. Serialın rejissoru Ben Stillerdir.

Baş rollarda isə Adam Scott, Patricia Arquette və Britt Lower yer alır. Xüsusilə atmosferi və sürükləyici süjeti ilə son illərin ən çox müzakirə olunan ekran işlərindən birinə çevrilib.

Siyahıda yer alan digər məşhur ekran işi isə "Succession" olub. media imperiyasına sahib varlı bir ailənin hakimiyyət savaşını mövzu alan "Succession" müasir televiziya tarixinin ən uğurlu dramlarından biri hesab olunur. Qara yumorla ailədaxili intriqaları bir araya gətirən ekran işi sərt dialoqları və təsirli personajları ilə diqqət çəkib. Serialın yaradıcısı Jesse Armstrongdir.

Aktyor heyətində isə Brian Cox, Jeremy Strong, Sarah Snook və Kieran Culkin yer alıb. Serial "Emmy" başda olmaqla çoxsaylı mükafatlar qazanıb.

"Dark"da son illərin ən uğurlu serialları sırasında göstərilib. Almaniya mənşəli "Dark" zaman səyahəti mövzusunu mürəkkəb, amma təsirli hekayə ilə təqdim edib. Kiçik bir qəsəbədə itkin düşən uşaqlardan sonra ortaya çıxan sirlər izləyicini qaranlıq və sürükləyici bir dünyaya aparır. Baran bo Odar və Jantje Friese imzalı serialın aktyor heyətində Louis Hofmann, Lisa Vicari və Oliver Masucci yer alıb.

Siyahıya daxil edilən digər layihə "The Last of Us" olub. "The Last of Us" qiyamət sonrası dünyada sağ qalma mübarizəsini emosional şəkildə ekrana gətirib. Bəşəriyyəti təhdid edən bir epidemiyadan sonra baş verən hadisələr aksiyon və dramı balanslı şəkildə təqdim edir. Serial Craig Mazin və Neil Druckmann tərəfindən hazırlanıb. Baş rolları isə Pedro Pascal və Bella Ramsey canlandırır. Layihə həm aktyor performansları, həm də vizual keyfiyyəti ilə böyük rəğbət qazanıb.

Qlobal fenomenə çevrilən "Squid Game"də siyahıda yer alıb. Cənubi Koreya istehsalı olan "Squid Game" yayımlandığı dövrdə qlobal fenomenə çevrilib. Maddi çətinlik yaşayan insanların ölümcül uşaq oyunlarında yarışmasını mövzu alan serial sosial bərabərsizlik və sistem tənqidi ilə diqqət çəkib.Serialın rejissoru Hwang Dong-hyukdir. Baş rollarda isə Lee Jung-jae, Park Hae-soo və Jung Ho-yeon çıxış edib. Gərgin səhnələri və təsirli vizualları ilə dünyanın ən çox izlənilən seriallarından birinə çevrilib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO