ABŞ-ın səhiyyə naziri Robert Kennedi jurnalistlərə çılpaq əllərlə iki qara təlxə (ilan növü) tutması ilə öyünüb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Nazir görüntülərdə qeyd edib ki, ilanlar aktiv şəkildə müqavimət göstərib, qaçmağa çalışıb və dişləyiblər, lakin ondan qurtula bilməyiblər.
Reportyorlar vurğulayıblar ki, Amerika mətbuatı Kennedinin qeyri-adi hobbisi barədə dəfələrlə yazıb.
Xüsusilə, aprel ayında "New York Post" qəzeti səhiyyə nazirinin uşaqları ilə birlikdə ailəvi səfəri zamanı yol kənarında bir yenotu yararaq tədqiq etməsi barədə material dərc etmişdi.
Bizim.Media