Bakının Binəqədi rayonunda köhnə tikili yanır.
Bizim.Media xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.
Bizim.Media