Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın bəzi təfərrüatı bilinib.
Bizim.Media "teleqraf.az"a istinadən xəbər verir ki, qəzaya düşənlər hadisə zamanı həyatını itirən VAZ-2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan "ciyər axşamı"na gedirmişlər.
Xatırladaq ki, hadisə ötən gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində VAZ-2106 avtomobili ilə KIA markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.


Bizim.Media