Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Xəzər dənizinin mirvarisi, onlarla yerli filmin unudulmaz çəkiliş meydançası olan Buzovna qayalıqları bu gün kinematoqrafiyanın deyil, təəssüf ki, absurd bir mənzərənin baş qəhrəmanına çevrilib. Əraziyə "Xüsusi Mühafizə Olunan Dövlət Təbiət Abidəsi" statusu verilsə də, reallıqda qayalıqlar beton axınının içində boğulur.

Vaxtilə kinosevərlərin film çəkilişlərinə şahidlik etdiyi bu tarixi məkanın sükutunu indi ağır tikinti texnikalarının səsi pozur.

Bizim.Media xəbər verir ki, yerli sakinlərin uzunmüddətli mübarizəsi, toplanan minlərlə imza və dövlət başçısının qətiyyətli tapşırıqlarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2024-cü il 2 may tarixli sərəncamı ilə əraziyə xüsusi status verilib. Lakin gözlənilən "xoşbəxt sonluq" baş tutmayıb. 1,5 kilometrlik tarixi sahil xəttindən cəmi 100 metri təmizlənsə də, qalan 5 qanunsuz tikili qayalara bitişik şəkildə qalmaqda davam edir.

Sakinlər və ziyalılar etiraz edir

Buzovna sakini Seyfulla Azər mövcud vəziyyətlə bağlı narahatlığını belə ifadə edir:

"2022-ci ildə cənab Prezidentin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Buzovna qayalığı üzərindəki qanunsuz tikililərin sökülməsi barədə qərar qəbul etdi. İşlər 10 günə yaxın icra olundu, lakin sonradan ayseçkilik edildi və qərar yarımçıq qaldı. Milli sərvətimiz barbarlıqdan eziyyət çəkir, qanunsuz tikililərin 'məhbəsi'ndə qalmaqda davam edir. 3-4 qanunsuz tikiliyə görə qoruğun tam təşkilini 2 ildən çox uzatmaq nə dərəcədə doğrudur? Biz öz sərvətimizə sahip çıxmaqdansa, onu bir neçə qanunsuz mülkə qurban veririk".
 

Əməkdar artist Hacı Mirzə Ağabəyli də ərazidəki özbaşınalıqdan gileylənir. Onun sözlərinə görə, bəzi şəxslər və məmurlar sahil zolağını zəbt edərək şəxsi mülklərinə çeviriblər:


"Bura “ləpədöyən” deyirlər – dənizlə qayaların, torpağın qovuşduğu yer. İndi isə o qayalardan əsər-əlamət qalmayıb. Daşları xüsusi texnikalarla söküb yerinə beton töküblər. Tikintini dayandırmaq əvəzinə daha da artırdılar; dənizin içində körpülər salındı, şəxsi obyektlər və mülklər tikildi. Sakinlər tərəfindən Buzovna qəsəbə nümayəndəliyinə və aidiyyəti qurumlara müraciətlər olunsa da, heç kim səsini çıxarmır, məsələyə baxmır".

Təbiət abidəsi zəbt olunur, aidiyyəti qurumlar susur

Qoruq elan edildikdən sonra da ərazidə qanunsuz tikinti və bərpa işləri dayanmayıb. İşbazlar təbiətin milyon illər ərzində formalaşdırdığı sənət əsərini bir neçə ayın içində məhv edərək dənizin içinə doğru şəxsi eyvanlar və körpülər uzadıblar.
 

Sakinlərin çoxsaylı şikayətlərinə və həyəcan təbilinə baxmayaraq, məsələyə cavabdeh olan Xəzər Rayon İcra Hakimiyyəti sükutunu qoruyur. Qurumdan mövzu ilə bağlı möqey öyrənmək üçün edilən zənglər və ünvanlanan suallar cavabsız qalıb.


Xalqın və dövlətin ortaq sərvəti olan Buzovna qayalıqlarının məmur özbaşınalığından və betonlaşmadan nə vaxt xilas ediləcəyi isə hələ də sual altında qalır.

Ətraflı “Space xəbər”də:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Vəkil Elşad Məmmədov SAXLANILDI

Vəkil Elşad Məmmədov SAXLANILDI

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

End of content

No more pages to load

RADİO